Tanınmış müğənnilərdən nümunəvi addım - Foto

Müğənnilər Elnarə Xəlilova və Samira Allahverdi ötən gün sosial şəbəkələrdə yayılan imkansız, 6 uşaqlı ailəyə baş çəkib. 

Sənətçilər ataları tərəfindən tərk edilən ailənin qonağı olub. 

Elnarə ailənin şəraitsiz və acınacaqlı durumu haqda mətbuata  açıqlama verib: "Öz gözlərimizlə gördük. 18 illik həyat yoldaşı 1 il öncə bu ailəni tərk edib. Geriyə qalan 6 körpə uşaqdır. Xahiş edirəm, heç vaxt heç kimi qınamayaq. Qınağımız başımıza gəlməyənə qədər Allah canımızı almaz. Bizim ürəyimiz istədi gəldik, bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”. 

Elnarə imkanı olanları bu ailəyə baş çəkməyə çağırıb. Müğənni uşaqlar sənədsiz olduğu  üçün "ASAN Xidmət” Mərkəzinə də müraciət edib: "Çox istərdim ki, ASAN Xidmət bu uşaqlara sənəd verilməsinə yardım etsin. Uşaqların sənədləri olsun ki, məktəbə gedə bilsinlər”./musavat.com/
 


MediaFax