Tanınmış idmançı qayıtdı, yarışa getdi

Uzun müddətdir idmandan uzaq düşən yunan-Roma Güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev yenidən yarışlara çıxacaq. 

H.Əliyev sentyabrın 21-24-də Makedoniyanın Skopye şəhərində keçiriləcək hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında iştirak edəcək. O artıq milli komandanın tərkibində Makedoniyaya yola düşüb. 71 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev mübarizəyə sentyabrın 23-ü qoşulacaq.

Qeyd edək ki, 31-ci dünya çempionatında ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri iştirak edəcək. Mübarizəyə ilk olaraq sərbəstçilərimiz start verəcək./aznews.az/

MediaFax