Tanınmış futbolçudan maraqlı açıqlamalar - Video

"Od olmayan yerdən tüstü çıxmaz, amma..." 

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan futbolçu Ruslan Abışov maraqlı açıqlamalar verib. 

Məşhur futbolçu birlikdə klipə çəkildiyi müğənni Sevda Yəhyayeva ilə aralarındakı münasibətə aydınlıq gətirib:

"Sevda ilə ikinci klipimiz bu yaxınlarda çıxdı. Milli mətbəximizə aid bir klip idi. Komanda yoldaşlarım təqdimata gəlmişdi. Çox yaxşı da iştirak etdilər. Mənimlə zarafat da etdilər. Klipdə nişan mərasimi olur, Onların evinə gedirik. Belə bir misal var ki, "od olmayan yerdən tüstü çıxmaz". Amma bununla razılaşmıram. Sevda ilə aramızda dostluq münasibətlərindən başqa heç nə yoxdur. Həmişə onun yanındayam".

Futbolçu daha sonra filmlərdə rol almaq məsələsinə də toxunub: 

"Filmdə təbii ki, oynamaq istəyərəm. Baş rolda yox, amma digər rollarda qonaq kimi iştirak edərəm. Qonarar kimi 2 milyon manat olar, amma dollar yox. (gülür)".
 

MediaFax