Tanınmış futbolçu “Neftçi”dən gedir?

Futbol üzrə milli komandamızın üzvü Araz Abdullayevin "Neftçi"ni "Qəbələ"yə dəyişməsi idman mediasının əsas mövzusuna çevrilib.
 
Saytımıza ilin transferinin bəzi detallarıyla bağlı məlumatlar daxil olub. Bildirilir ki, Abdullayevin klubu tərk etməsinin əsas səbəbi paytaxt təmsilçisində maliyyə durumunun və klubdaxili ab-havanın daha da pisləşməsidir. Yarımmüdafiəçinin "Qəbələ"də ilinə 400 min manat civarında əməkhaqqı alacağı da iddialar sırasındadır. İdman jurnalistləri isə sözügedən məbləğin şişirdilmiş olduğunu və "Qəbələ"nin Abdullayevə bir mövsüm üçün maksimum 200 min manat ödəyə biləcəyi qənaətindədirlər./ölkə.az/

MediaFax