Tanınmış aktrisanın səhhətindən Xəbər var

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə türk aktrisa Ahu Tuğba mədə qanaxması keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Türkiyə mətbuatı xəbər verir ki, həkimlər ona əməliyyatın vacib olduğunu desələr də, aktrisa bundan imtina edib və başqa xəstəxanaya aparılıb.

A.Tuğba özəl bir xəstəxanada müalicəyə başlayıb. Həkim Şenay Bozlar bildirib ki, hazırda əməliyyata ehtiyac yoxdur:

"Qanama dayanıb, amma yenidən baş verə bilər. Hələ də risk var. Lazım olarsa mədəsindən kiçik bir hissəni götürəcəyik. Stresdən uzaq olmalıdır. Pəhrizinə diqqət etməlidir. Yaxşı olacağına inanırıq”./axşam.az/

MediaFax