Tale Heydərovun komandası Avroliqa ilə vidalaşdı

UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutub.
 
Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də mövsümdəki son görüşünə çıxıb.

"Qırmızı-qaralar” səfərdə "Maynts”la qarşılaşıblar. Hər iki komandanın növbəti mərhələ şansları olmadığına görə, həm ev sahibləri, həm də qonaqlar üçün formal xarakter daşıyan oyun təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.

Oyunun taleyi ilk hissədə həll olunub. Almanlar 30 və 40-cı dəqiqələrdə vurduqları qollarla qalib gəliblər.

MediaFax