Tailandın yeni kralına təbrik

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir: "Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

MediaFax