Sumqayıt-Bakı qatarında 40 dəqiqə gecikmə - Səbəb

Bu gün Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən "Stadler” markalı elektrik qatarında gecikmə baş verib.

Sözügedən qatar saat 08:40-da Bakı Sərnişin Stansiyasına çatmalı olduğu halda 40 dəqiqə gecikib.

Qatar Bakı stansiyasında paltformaya çatmamış dayanıb. Gecikmədən narahat olan sərnişinlər nəzarətçisdən maşinistlə əlaqə saxlamasını xahiş ediblər. Maşinist isə gecikməyə səbəb kimi gah işıqforun qırmızı işığının yandığını, gah da elektrik şəbəkəsinin olmadığını bildirib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilməyib./SİA/
 
MediaFax