"Azərbaycanda savadlı din xadimlərinə böyük ehtiyac duyulur”.
Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bunu İdarə sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalada dindarlarla keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər: "Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”./APA/
MediaFax