Səxavətin anası rəhmətə gedib

Mərhum xanəndə Səxavət Məmmədovun anası Əskinaz Məmmədova avqustun 15-də axşam saatlarında dünyasını dəyişib.

Bu barədə S.Məmmədovun yaxınları məlumat veriblər. Ə.Məmmədovanın bir müddətdir xəstəlikdən əziyyət çəkdiyi deyilirdi. Mərhumə bu gün dəfn olunacaq.
 
Yaxınlarının bildirdiyinə görə, cənazə Əskinaz Məmmədovanın oğlu, xanəndə Fehruz Səxavətin kənd Binəqədidəki evindən qaldırılacaq./musavat.com/
 
Allah rəhmət eləsin...

MediaFax