Sərxoş kişi körpüdən yıxılıb öldü - Bakıda

Bakıda bədbəxt hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

MediaFax