Sərnişinlə dolu avtobus ağır qəzaya düşdü, yaralılar var

Şabran rayonunda sənişin avtobusu yük maşını ilə toqquşub.

"Report"un məlumatına görə, hadisə Qəndab-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz-Şabran sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub və avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir. 

MediaFax