Separatçılar qəsəbəyə “od yağdırdı” - Videolar

Sosial şəbəkələrdə Donetsk separatçılarının Ukraynanın nəzarətində olan Avdeyevka qəsəbəsini "Qrad” qurğularından atəşə tutduğunu əks etdirən görüntülər yayılıb.

Bu görüntüləri separatçılardan biri öz səhifəsində yerləşdirib. Kadrlardan görünür ki, eyni vaxtda 4 "Qrad” qurğusu "tam paket”i (hər qurğuda 40 raket) Ukrayna ordusunun nəzarətində olan qəsəbəyə tərəf boşaldır./virtualaz.org/
 


MediaFax