Üç yaşlı uşağı “selfie”nin güdazına getdi...

Türkiyənin Kayseri şəhərində bir qadın mobil telefonunu ov tüfənginə taxaraq "selfie” çəkmək istəyərkən qəza nəticəsində atəş açıb və nəticədə üç yaşlı oğlunun ölümünə səbəb olub.
 
O, tüfəngin boş olduğunu zənn edərək çaxmağa toxunanda atəş açılıb və güllə qarşısında duran üç yaşlı oğluna dəyib.

Silah səsi eşidən qonşuların polisə xəbər verməsi ilə qadın saxlanılıb. Şok keçirən ana əvvəlcə xəstəxanaya yerləşdirilib./AZƏRTAC/
 


MediaFax