Şəfiqə Nağıyeva həbs ediləcək?

Tanınmış xanım vəkil üçün həbs təhlükəsinin olduğu bildirilir

Azərbaycan telekanallarının ulduzuna çevrilən və bir neçə gün əvvəl vəkillik fəaliyyəti dayandırılan Şəfiqə Nağıyeva həbs edilə bilər. Bu barədə gununsesi.info Vəkillər Kollegiyası Rəyasət Heyətindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Şəfiqə Nağıyevanın vəkillik fəaliyyətinin dayandırılmasından sonra Azər Tağıyevi sərt ifadələrlə tənqid və ittiham etməsi kollegiya sədrini hərəkətə gətirib.

Belə ki, Azər Tağıyev ayrı-ayrı zamanlarda vətəndaşların Şəfiqə Nağıyeva barəsindki şikayətlərinin toplanaraq, prokurorluğa göndərilməsi barədə göstəriş verib. Həmin şikayətlərdə isə Şəfiqə Nağıyevanın vətəndaşlartda külli miqdarda pullar aldığı lakin vədlərinə əməl etmədiyi iddia olunur. 

MediaFax