“Səfər Əbiyev bizim tədbirlərə gəlmir”

"Müdafiə Nazirliyinin tövsiyəsi ilə ehtiyatda olan zabitlərlə görüşürük”.
 
Bunu saytımıza açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib.
 
General-leytenant bildirib ki, görüşlər zamanı əsasən cəbhədəki vəziyyət müzakirə olunur və orduya hər cür dəstək ifadə edilir:

"Generallarla, zabitlərlə müzakirələr aparırıq. Lazımdırsa əlimizdən gələn köməyi etməyə hazırıq”.
 
Yaşar Aydəmirov keçmiş müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin generalların tədbirlərinə qatılıb-qatılmaması haqda da danışıb:
 
"Səfər Əbiyevi belə tədbirlərdə görməmişəm. O bizim qatıldığımız tədbirlərə gəlmir.

Mən özüm istefada yox, ehtiyatda olan generalam. Səfər Əbiyevlə hər hansısa əlaqəm yoxdur. Onu heç görmürəm”./modern.az/
 
MediaFax