Seçimi ona buraxmışam - Mourinyo Runidən danışdı

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runinin Çində oynayacağı iddialarına münasibət bildirib.
 
Britaniya mətbuatının yaydığı xəbərə görə, o, seçimin ingilis hücumçunun özündən asılı olduğunu deyib:

"Çində oynamaq istəyənləri tənqid etmirəm. Çünki orda futbolçulara çox pul verirlər. Bu, fərqli təcrübə ola bilər. Seçimi özü edəcək. Runi həm "Mançester Yunayted"ə, həm də digər klublara faydalı ola biləcək oyunçudur".

Qeyd edək ki, Çin klublarından birindən Runiyə həftəsinə 1 milyon funt sterlinq qazanacağı təklif göndərildiyi iddia edilir./qol.az/

MediaFax