Sarkisyan baş nazir təyin etdi

Ermənistanda yeni baş nazir təyin edilib.
 
"RİA Novosti"nin verdiyi məlumata görə, prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb. 
 
Qeyd edək ki, K. Karapetyan 1963-cü ildə Azərbaycanda - Xankəndi şəhərində doğulub. 2010-2011-ci illərdə İrəvanın meri olub. "Qazprombank"ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, "Qazprom"un strukturlarında yüksək vəzifələrdə çalışıb.

MediaFax