Sadıqov məşqçisinə maşın bağışladı

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib.

"Futbol+” xəbər verir ki, bu barədə Sadıqovun ilk məşqçisi Vaqif Paşayev açıqlama verib.

Paşayev bildirib ki, təxminən 20 gün əvvəl yetirmələrindən olan Rəşad Sadıqov ona sürpriz edib: "Rəşad Sadıqov mənə "Mercedes” markalı avtomobil bağışladı. Hədiyyəyə görə, Rəşada təşəkkür edirəm". 

MediaFax