Sabah duman olacaq - Proqnoz

Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  9-12° isti, gündüz  14-17° isti, Bakıda gecə  10-12° isti, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə  0-5° isti, gündüz  10-15° isti olacağı gözlənilir.

MediaFax