Sabah da yağacaq - Proqnoz

Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz  50-60 % təşkil edəcək.               
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.
 
Avqustun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda havada rütubətliyin nisbətən çox olması bəzi  meteohəssas insanlarda narahatlıq hiss yarada bilər.
 
Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37°, dağlarda gecə 13-18° isti, gündüz   22-27° isti olacağı gözlənilir

MediaFax