Rusiyada narazılıq artır - Sorğu

Rusların 45%-i Rusiyadakı vəziyyətdən narazıdır.

Bu nəticə Rusiya İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 60%-i səhiyyə, 48%-i isə iqtisadiyyat sahəsində hökumətin fəaliyyətini pis qiymətləndirir. Əhalinin 57%-i hüquq-mühafizə sferası, 51%-i isə təhsil sahəsində hökumətin işindən razıdır.

Fond rusların ölkənin gələcəyi ilə bağlı da fikrini öyrənib. Respondentlərin 59%-nin fikrincə, 20 ildən sonra Rusiyada vəziyyət indikindən daha yaxşı olacaq. 7% şəxs situasiyanın daha da pisləşəcəyini ehtimal edir.

Sorğu iştirakçılarının 28%-i isə heç nəyin dəyişməyəcəyini, vəziyyətin indiki kimi qalacağını düşünür./axar.az/

MediaFax