Rusiyada əhalinin artımı azaldı - 10 dəfə

Keçən il Rusiyada əhalinin təbii artımı cəmi 5343 nəfər olub.
 
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin sədr müavini Nikolay Qovorin söyləyib.

"Təəssüf edirəm ki, 2016-cı ildə doğuş 2015-ci ildən 50880 nəfər az olub. 2016-cı ildə Rusiyada dünyaya cəmi 5343 uşaq gəlib. 2017-ci ildə ölkə əhalisi 146,8 milyon nəfər olub. Əhalinin artımı isə yalnız miqrasiya sayəsində olub. Yaxın xaricdən Rusiyaya 250 min nəfər köçüb. Bunun təkcə 120 min nəfərini ukraynalılar təşkil edib”, – o bildirib./axar.az/

MediaFax