Rusiyada daha bir təyyarə HƏYƏCANI

Suriya istiaqamətinə uçan Tu-154 təyyarəsinin dəhşətli qəzasından sonra Rusiyada daha bir sərnişin təyyarəsi ilə bağlı narahatlıq yaşanıb. Moskvadan Drezden istiqamətinə uçan təyyarə Şeremetyova aeroportuna qəza enişi edib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. Sərnişin layneri uçuşdan 20 dəqiqə sonra pilot texniki nasazlıq şübhəsi ilə geri dönməyə qərar verib. Məlumata görə, eniş uğurla baş tutub və hər hansı ciddi problem yaşanmayıb.

"Uçuş əvvəlcə normal başladı, amma ardınca güclü və qorxunc səs eşidildi”, -sərnişinlərdən biri deyib.

MediaFax