Rusiya lideri onunla evlənib?

Onun gimnast Alina Kabaeva ilə nikaha girdiyi deyilir

Rusiya prezidenti Vladimir Putinin sevgili olduğu iddia edilən gimnast Alina Kabaeva ilə gizli evləndiyi deyilir.

İstiPress-in xarici KİV-ə istinadən məlumatına görə, bugünlərdə Alinanın barmağında nişan üzüyünün olması iddiaları gücləndirib. Rus mediası 33 yaşlı Kabaeva ilə 64 yaşlı Putinin evləndiyini yazıb.

Bundan əvvəl də ikili haqda dedi-qodu yayılmışdı. Ötən il evləndiyi deyilən prezident və gimnastın uşaqları da olduğu söylənilir.

Qeyd edək ki, Putinin 2014-cü ildə 31 illik xanımı Lyudmiladan ayrılmasını da Kabaeva ilə əlaqələndirirlər.

MediaFax