Rus alimlərdən maraqlı İxtira

Rusiya Uzaq Şərq Federal Universitetinin alimləri günəş enerjisini elektrik enerjisinə çevirən pəncərələr hazırlayıblar.

Alimlər adi polimer pəncərələrə günəş batareyası ilə təchiz olunmuş xüsusi örtüklər əlavə ediblər. Həmin örtüklər günəş enerjisini toplayaraq elektrik enerjisinə çevirir və mənzilə ötürür. Nəticədə mənzil ekoloji cəhətdən təmiz, bərpa olunan elektrik enerjisi ilə təmin edilir.

Alimlər deyirlər ki, emal prosesi zamanı belə pəncərələrdə toplanan və elektrik enerjisinə çevrilən maddələrə kənar müdaxilə, zərərli qatqının qarışması mümkün deyil.

İxtira Uzaq Şərq Federal Universitetinin kimya və resursların qorunması kafedrasına məxsusdur. Universitetin mətbuat xidmətinin mediaya açıqlamasında vurğulanır ki, ixtiranın müəllifləri gələcəkdə belə pəncərələrdən geniş istifadə olunacağına inanırlar./novator.az/

MediaFax