Ruhani Putinin dəvətini qəbul etdi

İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinin Moskvaya dəvətini qəbul edib.

"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

M.Vaezi qeyd edib ki, Rusiya prezidenti Tehrana son səfəri zamanı H.Ruhanini Moskvaya dəvət edib: "Həsən Ruhani də bu dəvəti qəbul edib. Hazırda hər iki ölkənin Xarici İşlər nazirlikləri səfər tarixini razılaşdırmalıdır”./virtualaz.org/

MediaFax