Rubl devalvasiya olunacaq - Xəbər yayıldı

Rusiyanın Maliyyə Nazirliyi rublun təxminən 10% devalvasiya olunmasını təklif edir.
 
Bu barədə "Reuters" agentliyi yazır.
 
Qurum dövlət büdcəsinin əsas parametrləri üzrə hesablamalar aparıb. Nazirliyin rəsmiləri hesab edir ki, büdcə qaydası tətbiq olunmasa və rubl devalvasiyaya uğramasa dövlət büdcəsi yalnız neftin 1 barelinin 76 dollar olacağı təqdirdə balanslaşa bilər. Lakin rublun zəifləməsi idarəolunan olsa, neftin qiyməti 61 dollar olduğu təqdirdə büdcə kəsirsiz icra oluna bilər.
 
Maliyyə Nazirliyi yeni büdcə qaydasını bu il Dövlət Dumasına təklif etməyi planlaşdırır. Gözlənilir ki, yeni qayda 2020-ci ildən işə düşəcək./APA/

MediaFax