Ronaldo Zidanı söyüb? - Video

"Real"ın futbolçusu Kriştiano Ronaldo ilə baş məşqçisi Zinəddin Zidan arasında gərginlik yaşanıb.

İspaniya mətbuatının yaydığı xəbərə görə, portuqaliyalı hücumçu La Liqanın 6-cı turunda "Las Palmas"la görüşün (2:2) 72-ci dəqiqəsində əvəzlənməsinə etiraz edib. O, ehtiyat oyunçular skamyasında Z.Zidana qeyri-etik sözlər işlədib. İspaniyanın "Sport” qəzeti Ronaldonun baş məşqçi barədə "Fahişə oğlu” ifadəsini işlətdiyini iddia edib.

Oyundan sonra Z.Zidan Ronaldonun əvəzləməsinin səbəbi haqda danışıb:

"Çərşənbə günü də oynadığımız üçün ona istirahət verməli idim. Ronaldo yaxşı oynadı, buna baxmayaraq, dəyişiklik etməliydim. Çünki Çempionlar Liqasında da oyunumuz var"./qol.az/
 

MediaFax