Ronaldo karyerasını nə vaxt bitirir? - Açıqladı

"Real"ın futbolçusu Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı önəmli açıqlama verib.

31 yaşlı hücumçu Lissabondakı yeni otelinin açılışında daha 10 il futbol oynaya biləcəyini deyib:

"Həyat təkcə futboldan ibarət deyil. Futbola çox bağlı olsam da, gələcəyimi düşünmək məcburiyyətindəyəm. Önümdə daha uzun bir karyera qalmayıb. Təxminən 10 il daha yaşıl meydanlarda ola bilərəm. Buna görə də gələcəyim üçün işlər görməliyəm"./qafqazinfo.az/

MediaFax