Ronaldo dünya çempionu da oldu - Video

"Real Madrid” klubu Yaponiyanın "Kasimu” klubuna 4:2 hesabı ilə qalib gələrək klublar arası dünya çempion adını qazanıb.

Ronaldo oyunda het-trikə imza atıb. Oyunun əsas vaxtı 2-2 hesabı ilə yekunlaşıb. Əsas vaxtın sonuna yaxın Ronaldo penalti vuraraq hesabı bərabərləşdirə bilib.

Oyunun əlavə, 98-ci dəqiqəsində Ronaldo Kərim Benzemanın ötürməsini qola çevirib. Oyunda son qolu da 104-cü dəqiqədə Ronaldo vurub. 

Bununla "Real Madrid” 2-ci dəfə klublar arası dünya çempionu olub. Klub titulların sayına görə yalnız Barselonadan geri qalır. Kataloniya klubunun hesabında 3 klublar arası dünya çempion titulu var./aznews.az/
 

MediaFax