Onun onuncu qolu

"Qarabağ"ın hücumçusu Reynaldo "F91 Düdelanj"la matç yubiley qolunu vurub.

"Qafqazinfo" xəbər verir ki, "Sambaçı" Çempionlar Liqasının II təsnifat mərhələsinin "F91 Düdelanj"la Lükemburqdakı oyunda hesaba tarazlıq gətirən qola imza atıb (1:1). Bu, onun təmsilçimizin heyətində vurduğu 10-cu avrokubok qolu olub.

Əlavə edək ki, Reynaldo qitə miqyaslı turnirlərdə klublarımızın heyətində ən məhsuldar futbolçudur.

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçular:

Reynaldo Silva - 10 qol
Rəşad Sadiqov - 7
Əfran İsmayılov - 6 qol
Baçana Sxadadze - 6 qol
Rəşad Sadıqov - 5 qol
Julius Vobay - 5 qol
Vüqar Nadirov - 5 qol
 
MediaFax