Çörəyin bahalaşması nəyə səbəb ola bilər? - Ekspert sözü

Çörəyin qiymətinin artması digər məhsulların da qiymətinin süni artımına səbəb ola bilər 

Bu fikirləri açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, çörəyin qiymətinin artması iqtisadi baxımdan digər məhsulların qiymətində artıma səbəb olmamalıdır. 

"Çünki çörəyin qiymətinin digər ərzaq məhsulları ilə birbaşa əlaqəsi yoxdur. Bununla belə, çörəyin qiymətinin artması başqa məhsullara xüsusən də qiyməti nisbətən aşağı olan mallara psixoloji təsirləri var. Eyni zamanda bu süni qiymət artımları üçün də zəmin yarada bilər”- deyə, ekspert vurğulayıb. Ekspert əlavə edib ki, adətən Azərbaycanda bir məhsulun qiyməti yüksələn zaman bir sıra iş adamları satdıqları və xərc strukturu tamamilə fərqli olan məhsulların da qiymətini yüksəldirlər. "Bu baxımdan, dövlət qurumları bazara nəzarətə gücləndirməklə, digər məhsulların da qiymətlərində artımlara yol verilməməsi çalışmalıdırlar”- V.Bayramov qeyd edib./gununsesi.info/
 


MediaFax