Çörək zavodunda dəhşət: əsəbi zəiflər baxmasın! - VİDEO

Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazandakı çörək zavodunda göyərçinlərin taxılla birgə qıf vasitəsilə sorulması səhnəsi dəhşətə səbəb olub.
 
Video yerli "Efir 24” portalı tərəfindən dərc edilib. Videonun sayt oxucusu tərəfindən göndərildiyi bildirilib. Çəkilişin konkret olaraq harada aparıldığı bəlli deyil.
 
Ehtimalən hadisə taxıl ilkin emaldan keçərkən baş verib.
 
Video ilə artıq yerli prokurorluq maraqlanıb. Tatarıstan Respublikası prokurorunun baş köməkçisi Ruslan Qaliyevin mətbuata verdiyi məlumata əsasən, idarə hadisəni araşdırmaq üçün Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi sahəsinə nəzarət və insan rifahı üzrə federal agentliyinə göstəriş verəcək.


MediaFax