Rayon sakinləri nazirdən narazı qalıblar

Məlum olduğu kimi Mədəniyyət və Turizm Nazirliyinin rayon-şəhər şöbələri ləğv edilib.
 
Bununla bağlı qərarda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin digər regional idarələri yaradılması nəzərdə tutulur.

Qərara görə, Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. Ancaq bu qərar Ağdam rayonunun sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Saytımıza müraciət edən bir qrup Ağdam sakini Azərbaycana şöhrət gətirən sənətkarlar yetişdirən bir rayonda  Mədəniyyət və Turizm İdarəsinin ləğvi ilə barışa bilmədiklərini deyib. Həm əhali, həm də digər kateqoriya baxımından regional idarənin məhz  Ağdamda olmasının vacibliyini vurğulayan ağdamlılar hesab edir ki, musiqinin beşiyi bu rayon olduğu halda idarənin Ağcabədidə yerləşməsi doğru deyil: "Musuqi, sənət Ağdamın, idarə isə Ağcabədinin. Biz hesab edirik ki, bu, yolveriməzdir”.  

Ağdam sakinləri bu qərara görə, ölkənin mədəniyyət və turiz naziri Əbülfəz Qarayevi ittiham edib: "O, bunu bildiyi halda Regional idarənin Ağcabədidə yaradılmasını istəyib. O, nazir kimi Ağdamın sənətkarlarına hörmətsizlik edib”./gununsesi.info/

MediaFax