Qurbanovun komandası ilk sınağına çıxır

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək.

Qurban Qurbanovun komandası Albaniyanın "Skenderbeu” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, görüş Ağdam klubunun "Youtube" telekanalı vasitəsi ilə canlı yayımlanacaq./qol.az/

MediaFax