QMİ-dən dini komitənin açıqlamasına qəribə Reaksiya

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdən danışarkən Məhərrəm ayında dini ayinlər zamanı evlərdə toplaşmağın, küçələrə çıxmağın yolverilməz olduğunu açıqlayıb.
 
Saytımız qadağaya ölkədə dini məsələlərə nəzarət edən Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova saytımızın sorğusuna cavab olaraq bildirib ki, hansı qurum məsələyə dair qadağa qoyubsa, elə özləri də şərh versinlər:
 
"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  Qazilər Şurası tərəfindən Məhərrəm ayı ilə bağlı fətva verilib. Həmin fətvada lazımi məsələlər öz əksini tapıb. Kim, hansı qurum ayinlərin icrası ilə bağlı qadağa qoyursa, biz buna şərh vermirik”./modern.az/

MediaFax