Qəzada yaralananlardan biri xəstəxanada öldü

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Çılpaqlı qəsəbəsində olub.
 
Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi "Mitsubishi” markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
 
Reanimasiya şöbəsinə yerləşdirilən G. Muradovanın vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.
 
X X X
 
Şirvanda avtomobilin magistral qaz kəmərinin dirəyinə çırpılması nəticəsində xəsarət alan sərnişin xəstəxanada ölüb.
 
Ölən şəxs 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızıdır./APA/

MediaFax