Qəsəbə əhalisi şikayətlənir: “Qaz yoxdur”

Bu gün Bakının Binəqədi rayonunda qaz verilişi dayandırılıb.

Bu barədə saytımıza rayon sakinləri məlumat verib. Sakinlər Biləcəri şössesi deyilən ərazidə iki gündən bir bu problemlə üzləşdiklərini bildirirlər: 

"Belə də şey olar, bu soyuqda, qarda dərdimizi kimə deyək, hara gedək? İki gündən bir qazın verilişi dayandırılır, maraqlanırıq "filan yerdə qaz sızması olub, təmir gedir” deyə bildirirlər. Yayın günündə hardaydınız? Evimizdə xəstə, uşaq var, səhər saat 8:00-dan qaz kəsilib, soyuqdan donuruq. Nə içməyə çayımız, nə də yeməyimiz var”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev açıqlamasında bildirib ki, Binəqədi rayonu, Biləcəri şossesində qaz verilişinin dayandırılması xəttə yaranan sızma ilə əlaqədardır: 

"Hazırda təmir gedir. Təmir işləri yekunlaşanadan sonra qaz verilişi bərpa olunacaq”./aznews.az/

MediaFax