Qəribə silah: güllə əvəzinə... - FOTO

Belçikada keçirilən NATO təlimində bir-birindən fərqli sınaqlar həyata keçirilib. 

Belçikadakı NNTEX-16l təliminə qatılan İngilis əsgərləri terrorçulara qarşı istifadə ediləcək yeni bir silahı təcrübədən keçiriblər.

2-ci Dünya Müharibəsində istifadə edilən alov püskürdən silahları xatırladan bu yeni silahla güllə əvəzinə su ilə düşmənləri zərərsizləşdirmək mümkün olacaq. Kürəkdə daşınan və cəmi 35 kq-lıq bir təchizat olaraq hazırlanan silah 10 atışa malikdir. Tək bir əsgərin gəzdirdiyi silahla 3 metrdən yaxın atışlarda yüksək gücə malik olan ölümcül təsir yaradır.



3-6 metr arasındakı məsafələrdən düşməni zərərsizləşdirir. Bu yeni silahla vətəndaşlara zərər vermədən, düşməni təsirsiz hala gətirmək planlaşdırılır. 

Almaniya, Danimarka, Norveç və Avstriya əsgərlərin də iştirak etdiyi təlimdə ölkələr son texnologiya məhsullarını yoxlayıb.

Lazerlər, kinetik və səs dalğalarının istifadə edildiyi yeni silahlar da təlimdə sınaqdan keçirilən texnologiyalar arasında yer alıb./moderator.az/

MediaFax