Qəddafinin qardaşı Qərbin planından danışdı

Liviyadakı konflikti NATO ölkələri yerli qruplaşmalara dəstək göstərməklə idarə edirlər.

Bunu "RİA Novosti” agentliyinə müsahibəsində Liviyanın mərhum lideri Müəmmər Qəddafinin qardaşı Əhməd Qəddafi əd Dam söyləyib. O, Qərb ölkələrinin Liviyadakı konfliktin başa çatmasını istəmədiklərini bildirib:

"Bütün bunlar Qərbin Liviyanın parçalanması ilə bağlı planını sona qədər icra etmədiyini sübut edir. Onlar Qəddafini öldürməyə və Liviyanı məhv etməyə gəlmişdilər. Qərb bir-birilə savaşan qruplara dəstək verməklə bu konfliktin uzun müddət cari vəziyyətində qalmasına çalışır”./axar.az/

MediaFax