Qazın qiyməti ilə bağlı rəsmi açıqlama - Yenilənib

26.10.2016
16:00 
 
Yaxın günlərdə hökumət mavi qazın qiymətini artırmağa hazırlaşır. 

İddia olunur ki, hazırda bununla bağlı müzakirələr aparılır. Bildirilir ki, qazın qiymətinin 30-50 faiz civarında artırılması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl suyun və işığın qiyməti qaldırılıb./azadlıq.info/
 
---------------
27.10.2016 
16:16
 
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda təbii qazın qiymətinin bahalaşacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. 

Qiymət artımının 30-50 faiz olacağını bəyan edilib.

Bu iddialarla bağlı Tarif (qiymət) Şurasının rəsmi mövqeyin öyrəndik.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytımıza açıqlamasında bildirib ki, hazırda Tarif (qiymət) Şurasında təbii qazın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə edilmir. 

A.Əliyevin sözlərinə görə, Tarif Şurasına təbii qazın tariflərinin dəyişdirilməsi barədə hansısa müraciət daxil olmayıb./azvision.az/

MediaFax