Qasırğa qurbanlarının sayı 1000 nəfərə çatdı...

Haiti adasında "Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.
 
Bu barədə xəbəri "Reuters” agentliyi yayıb.
 
Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı.  Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salınıb.
 
Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. "Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır./APA/

MediaFax