Qarabağ əlilinə verilən torpaq zəbt edilib - Qalmaqal

Uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə verilən torpaq sahəsi bir neçə məmur tərəfindən zəbt edilib.

Bu barədə BakiPost.az-a Z.Ağayevin özü məlumat yayıb.

Onun sözlərinə görə Sabirabad rayon icra hakimiyyəti tərəfindən ev tikilməsi üçün ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi başqası tərəfindən mənimsənilib və hazırda orada tikinti işləri aparılır.
 
Şikayətçi bildirib ki, əslində bu mənimsəmə rayon rəhbərliyinin xeyir-duası ilə baş tutub.

O, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, rayonun keçmiş memarı Ağarəhim və "Avtobaza”nın müdiri Seyidəmir adlı şəxslərin dayandığını da qeyd edib.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini təqdim edəcəyik.
 


MediaFax