Qadın qadını bıçaqladı - Azərbaycanda

Salyanda qadın qadını bıçaqlayıb
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən verilən məlumata görə, hadisə sentyabr ayının 25-də Salyan rayonunun Xocalı kəndində törədilib.
 
Hadisə nəticəsində kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş  xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulub.

Hadisənin səbəbləri araşdırılır./modern.az/

MediaFax