Putinlə Obama görüşdü

Prezidentlər bir-birini salamlayaraq qısa söhbət ediblər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Asiya-Sakit okeanı iqtisadi əməkdaşlıq sammiti çərçivəsində qısa söhbət ediblər.

"Report” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"İclasın əvvəlində onlar bir-birilərini salamladılar və çox qısa söhbət etdilər", - deyə o bildirib.

"kp.ru” nəşri yazır ki, ABŞ prezidenti BMF rəhbəri ilə görüşdən sonra Putinə yaxınlaşıb və onlar bir neçə dəqiqə söhbət ediblər.

MediaFax