Putinin mətbuat katibi etiraf etdi: “Bəzi məsələlərdə onunla məsləhətləşmirəm”

Rusiyanın NTV telekanalındakı verilişlərdən birində iştirak edən Putinin mətbuat katibi Dmitri Peskov aparıcının suallarını cavablandırıb.

Peskov "Dövlət başçısının məsələ ilə bağlı mövqeyini öyrənmədən suala cavab verdiyiniz olubmu?” sualını belə cavablandırıb:

"Bəzən olur. Lakin substansiyanı, bu və ya digər problemə əsas yanaşmanı bilmirsənsə, özündən danışmaq qətiyyən yolverilməzdir. Vladimir Putin ardıcıllığı ilə güclüdür və bu xüsusiyyəti imkan verir ki, bəzi suallara mövcud postulatlardan çıxış edərək cavab verəsən”./virtualaz.org/

MediaFax