Putinə sui-qəsdi Bakıda kim hazırlamışdı?

Rusiyanın NTV telekanalı Vladimir Putinə Bakıda planlaşdırılan sui-qəsd barədə danışıb.
 
2002-ci ilin yanvarında baş verən həmin hadisəyə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və sabiq milli təhlükəsizlik naziri Namiq Abbaasov da münasibət bildirmişdi.
 
"Terror aktını İraq vətəndaşı Kənan Rüstəm törətməli idi. O, Əl-Qaidə lideri Üsəma Ben Ladeninin adamları ilə də əlaqədə olub. Putinin səfərindən 3 ay öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ona qarşı Bakıda sui-qsədin planlaşdırıldığı barədə məlumat alır. Səfərin başlanmasına 10 gün qalmış isə MTN partlayıcılaırn Azərbaycan ərazisinə gətirildiyini müəyyənləşdirir”.
 
Proqramda bu vaxta qədər heç bir azərbaycanlı jurnalistin terrorçu ilə maraqlanmadığını və ondan müsahibə almağa maraq göstərmədiyini bildirib.
 
Kənan Əhməd Rüstəmovun Qobustanda xüsusi rejimli cəzaçəmkə müəssisəsində saxlanıldığı bildirilir./modern.az/

MediaFax