Putindən şagirdlərə maraqlı məsləhət

"Özünü lider hesab edən şəxs təkəbbürlü olmamalıdır”.
 
RİA Novosti xəbər verir ki, bu fikri RF prezidenti Vladimir Putin bu gün Vladivostok şəhərinin 2 saylı gimnaziyasının şagirdləri ilə görüş zamanı bildirib. 

"Liderlik adını qazanan şəxs, özünü başqalardan üstün olduğunu düşünməməli, təkəbbürlü olmamalıdır. O, özünü digərlərindən daha yaxşı hesab etməyə başladığı andan etibarən uduzmağa başlayacaq. Ambisiyalı olmaq yaxşıdır, özünü üstün tutma pisdir”, - rusiyalı lider bildirib. 

Ümumilikdə o, lider keyfiyyətlərinin tərbiyə sistemini müsbət qiymətləndirib və ömür boyu oxumaq, öyrənmək lazım olduğunu vurğulayıb. 

Məktəblilərdən birinin ölkənin idarəsinə dair suala cavab verərkən Putin, "bunu insanlar müəyyən edirlər, seçkilərə gəlir və səs verirlər” deyə cavab verib./moderator.az/

MediaFax