Putin həmkarına dondurma aparacaq

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının prezidenti Si Szinpinə dondurma hədiyyə etmək qərarına gəlib. 

Şərq İqtisadi Forumunda Uzaq Şərq investorları ilə görüş zamanı Putin Çin vətəndaşlarının Rusiyadan dondurma ala bilmədiklərini öyrənib. 

Belə bir qadağa barədə ilk dəfə eşidən Rusiya prezidenti təəccübünü gizlədə bilməyib. O, Çin prezidenti Si Szinpinə hədiyyə olaraq dondurma aparmağa söz verib: "Dondurmanın ixracına qadağa qoyulması barədə ilk dəfədir eşidirəm. Sanki milli sərvət və mədəni dəyərdir. Əgər dondurmanı tapmaq belə çətindirsə, artıq prezident Si ilə hər görüşə gedəndə özümlə xüsusi hədiyyə kimi onu aparacağam”.

Qeyd edək ki, Putin və Szinpin sentyabrın 4-də Çində görüşəcəklər./aznews.az/

MediaFax